Illustration İmza

ADDIM 1: Şəhər Merlərinin Razılaşmasının İmzalanması

Güclü siyasi təşəbbüsdə iştirak edin

Öz İmzanız ilə, siz bir ictimai bəyanatdan artığını edirsiniz : Sizin yerli icma iddialı Razılaşmanın enerji və iqlim məqsədlərinə nail olmağa kömək etməyə başlayır. Şəhər Merlərinin Razılaşması vasitəsilə siz eyni öhdəliyi öz üzərinə götürən yerli hakimiyyət orqanlarıni birləşdirən bir hərəkətdə iştirak edirsiniz. Siz təcrübənizi öz ərazinizdə mübadilə edə bilərsiniz və eyni zamanda digər yerli və regıonal misallardan da faydalana bilərsiniz. Bu səhifə sizə bizim ümumi məqsədimiz olan : 2020-ci ilədək ən azı CO2 -20% ...
istiqamətində məlumat, fikir və konkret addımlarla dəstək olacaq!

Suallar?

  1. Kim qoşula bilər?
  2. Niyə qoşulasınız?
  3. Necə qoşulasınız?
  4. Nə zaman qoşulasınız?

İddialı öhdəlik

Şəhər Merlərinin Razılaşmasını bütün İmzalayanlar CO2 emissiyalarının azaldılması baxımından ümumi Razılaşmanın məqsədləri istiqamətində üzərinə könüllü və birtərəfli öhdəlik göturur.

Razılaşmanı İmzalayanlar 2020-ci ilə qədər CO2 emissiyalarıni 20%-dən artıq azaltmağı məqsəd qoyublar. Onlar enerji səmərəliliyi və bərpa olunan enerji hərəkətlərinin həyata keçirilməsi üçün tələb olunan yerli dayanıqlı enerji siyasəti inkişafı vasitəsilə edirlər. Bu məqsədə nail olmaq üçün yerli hakimiyyət orqanları asağıdaki öhdəlikləri oz üzərilərinə götürurlər:

  • Qoşulmadan sonrakı növbəti Baza Emissiya İnventarının hazırlanması (BEİ)
  • Qoşulmadan sonrakı növbəti il ərzində bələdiyyə şurası tərəfindən təsdiq edilmiş Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını (DEFP) təqdim etmək
  • Müntəzəm olaraq-DEFP -in təqdim edilməsindən sonra hər 2 ildən bir fəaliyyət planının icra dərəcəsini və aralıq nəticələri göstərən İcra Hesabatlarını dərc etmək
  • Öz DEFP (SEAP) fəaliyyətlərini təşviq və öz vətəndaşlarını / maraqlı tərəfləri cəlb etmək, o cümlədən yerli enerji Günlərini müntəzəm təşkil etmək
  • Şəhər Merlərinin Razılaşmasının mesajını yaymaq, xüsusilə digər yerli hakimiyyət orqanlarını qoşulmaq üçün həvəsləndirmək və əsas hadisələr və tematik seminarlara yardım etmək

Əlavə məlumat: Bələdçi “Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya şəhərlərində Dayanıqlı Enerji üzrə Fəaliyyət Planını necə tərtib etməli”

İmzalayan tərəflərin rəsmi siyasi öhdəliyi konkret tədbir və layihələrə çevrilməlidir. Bir İmzalayan tərəf kimi, sizin yerli hakimiyyət hesabat verilməsini qəbul edir və onun DEFP(SEAP) icrasının nəzarət olunmasını qəbul edir. O, həm də sizin yerli hakimiyyətin cəlb olunmasının qeyri-uyğunluq halı olduqda xitam olunmasını qəbul edəcək.

Xahiş olunur, öz DEFP(SEAP) hazırlanması zamanı Razılaşmanı İmzalayan butun tərəflərin yadda saxlamalı olduğu əsas prinsiplər və addımları incələyəsiniz. Bu prinsiplər Razılaşmanı imzalamaqla yaranan öhdəliklərə bağlıdır və uğurun əsasını təşkil edir.

Daha ətraflı məlumat üçün dəstək xidmətinə müraciət edin.

Suallar?

  1. Razılaşmanı İmzalayanlar hansi öhdəlikləri yerinə yetirməlidirlər?
  2. Razılaşmanı İmzalayanlar bunun əvəzində nə əldə edirlər?
Twitter
Sizin mobil telefon
ilə mübadilə üçün
Facebook
-Razılaşma səhifəsinin
azarkeşi olmaq üçün
Newsletter
Məlumat bülteni
- aylıq xəbərlərə abunə olmaq üçün
Rss yayınları
Real zamanda
xəbər almaq üçün
Avropa Komissiyasının Inkişaf  siyasi dəstəyi ilə Avropa Komissiyasının Inkişaf siyasi dəstəyi ilə. Veb səhifə Merlərin Razılaşma ofisləri tərəfindən əlaqələndirilir.
Xəbərlər | Gündəlik | Saytın xəritəsi | Rss kömək | kreditlər | Hüquqi