Illustration İnkişaflar

Əsas Emissiya İnventarlaşdırması və Davamlı Enerji Fəaliyyət Planının inkişafı

Maraqlı tərəflərlə Baza Emissiya İnventarı və Dayanıqlı Enerji üzrə Fəaliyyət Planının inkişafı

Maraqlı tərəflər və vətəndaşlar tərəfindən dəstəyin yaradılması

Baza Emissiya İnventarı və Dayanıqlı Enerji üzrə Fəaliyyət Planının inkişafı əhəmiyyətli resurslar tələb edir. Sizin bələdiyyə xüsusən də kiçikdirsə öz ambisiyalarına çatmaq üçün insan/ maliyyə imkanları və texniki təcrübə sahəsində çatışmamazlıq ilə üzləşə bilər.
Daha çox tövsiyələr üçün, xahiş olunur Müştəri Xidmətinə müraciət edəsiniz.

Vətəndaşların iştirakı da davranış dəyişikliklərinin stimullaşdırılması üçün bir vasitədir. Razılaşmanı İmzalayan tərəf kimi, siz, eyni zamanda, vətəndaşların bütün prosesdə səfərbər və cəlb olunmasına məsulsunuz.
Düzgün davranış dəyişikliyini və əlaqələndirməni təşviq etmək üçün maarifləndirmə strategiyaları uğurunuz üçün çox mühüm bir tərkib hissəsidir !

Suallar?

Razılaşmanın Koordinatorları

  1. Razılaşmanın Koordinatoru kimdir?

Enerji Agentlikləri

  1. Enerji agentlikləri Şəhər Merlərinin Razılaşmasına niyə cəlb olunmalıdırlar ?
  2. Enerji orqanlarının potensial rolu və vəzifələri hansılardır?

Baza Emissiya İnventarının tərtibi

Yerli səviyyədə Enerji istehlakı və CO2 emissiyaları bir çox amillərdən asılıdır: İqtisadi struktur, iqtisadi fəaliyyət səviyyəsi, əhalinin sıxlığı,tikinti fondunun xüsusiyyətləri, müxtəlif nəqliyyat vasitələrinin inkişafi, vətəndaşların münasibətləri, iqlim və s.

Bəzi amillərə qısa müddətdə təsir oluna bilər (vətəndaşların münasibətləri kimi); digərlərinə isə yalnız orta və ya uzun müddətə təsir oluna bilər (tikinti fondunun enerji səmərəliliyi kimi). Bu parametrlərin təsirinin başa düşülməsi, onların hansı vaxtda dəyişməsi və hansı yerli hakimiyyət orqanı tərəfindən baxılması faydalıdır (qısa, orta və uzun müddətdə). Baza Emissiya İnventarı (BEİ) İmzalayanın ərazisində enerji istehlakı ilə əlaqədar havaya atılan CO2(və ya CO2 ekvivalentinin) miqdarını müəyyən edir.
Bu, CO2 emissiyasının əsas mənbələrini və onların müvafiq azaldılması potensialını müəyyən edir.

BEİ DEFP-nın hazırlanması üçün başlanğıc nöqtədir çünki CO2-ni xaric edən sektorların xüsusiyyəti haqqında məlumat verir və bununla da müvafiq addımları seçməyə kömək edir.

Daha ətraflı məlumat üçün dəstək xidmətinə müraciət edin.

Uzunmüddətli strategıyanız barədə aydın baxışa malik olun

Davamlı enerjinin gələcəyi üçün baxış Razılaşmanı İmzalayanlar üçün rəhbər prinsipdir. Bütün maraqlı tərəflər yəni hər kəs: aparıcı siyasətçilər, vətəndaşlar, biznes və maraq qrupları istinad edə biləcək birgə komponent kimi çıxış edir. Bu, həmçinin yerli hakimiyyət orqanının bütün dunyaya marketinqi üçün istifadə oluna bilər.

Sizin baxışınız Şəhər Merlərinin Razılaşmasının öhdəliklərinə uyğun olmalıdır, yəni ki 2020-ci ilde hədəf 20% CO2 emissiyalarının azaldılmasına (en azi) nail olmaq lazımdır, lakin bu bundan daha da iddialı ola bilər.

Yaxşı baxış bəzən yeni dəyərləri özündə əks etdirən və ya daha real bəraəti olmayan bəzi köhnə sərhədlərin dağıdılmasını əks etdirən real biridir. Şəhərin arzulanan gələcəyini təsvir edir və vətəndaşlara və maraqlı tərəflərə daha anlaşıqlı etmək üçün əyani vasitələrlə ifadə olunur. Baxışınızı və öz məqsədlərinizi Konkret, Olçülə bilən, Müyəssər, Realistik və Vaxta bağlı şəkildə nizamlayın.

2020-ci ilə qədər CO2 atılmasındakı artımı nəzərə alan ”Normal inkişaf” ssenarisi əsasında CO2-nin azaldılması hədəfini müəyyən edə bilərsiniz. Bu yanaşma mövcud CO2 emissiyasının kifayət qədər az olduğu, lakin gələcəkdə artmasının gözlənildiyi, nümunə vermək lazımdırsa iqtisadi inkişaf yolunda olan ölkələr üçün tətbiq olunur. (Xahiş olunur Bələdçinin 5-ci bölməsində yer alan I və II paraqrafa baxın)

Suallar

  1. Ölkə, inkişaf etməkdə olan ölkə mərhələsindədirsə və mövcud CO2 emissiyası kifayət qədər az, lakin gələcəkdə artması gözlənilirsə hansı yanaşma tətbiq oluna bilər?

Mövcud fəaliyyətinizə əsaslanın

Bələdiyyə daxilində nəinki çoxsaylı paralel planlaşdırma fəaliyyət və siyasətləri, həmcinin müxtəlif bölmələrin işində potensial qarşılıqlı əlaqələr movcuddur.

Sizin bələdiyyə yerli hakimiyyət orqanında enerji və iqlim məsələlərinə təsir göstərən mövcud bələdiyyə, regıonal və milli siyasətləri, planları, prosedurları və qaydaları müəyyən etməlidir. Siz müəyyən edilən sənədlərdə olan məqsəd və məramlarla davamlı enerji siyasəti üçün olanlar ilə üzləşdirə və yoxlaya bilərsiniz. Bütün müvafiq iştirakçı və maraqlı tərəflər müəyyən edilmiş potensial münaqişələr və qarşılıqlı əlaqələrin müzakirə edilməsi üçün dəvət edilə bilərlər.

Maliyyə ehtiyatlarını qiymətləndirmək və paylaşmaq

Bələdiyyə büdcəsinə əsas (yenidən) daxilolmalar, müvafiq zaman çərçivəsində və potensial xarici mənbələr də daxil olmaqla, maliyyə resursları uzunmüddətli strategiyanın hazırlanması və həyata keçirilməsi üçün müəyyən edilməlidir

Daha ətraflı məlumat üçün dəstək xidmətinə müraciət edin.

Fəaliyyət planınızı hazırlayın

Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı Sazişin məqsədləri üçün hərtərəfli çərçivə müəyyən edən strateji və operativ sənəddir.
Yerli orqanın CO2 azaldılması hədəfinə nail olmaq üçün o, Baza Emissiya İnventarının nəticələrindən ən yaxşı fəaliyyət sahələrini və imkanları müəyyənləşdirir. Uzunmüddətli strategiyanı fəaliyyətə çevirən zaman çərçivəsi və təyin edilən vəzifələr ilə birlikdə o konkret azaldılma tədbirlərini müəyyən edir.

Siz Dayanıqlı Enerji üzrə Fəaliyyət Planının formatını (xüsusilə əgər siz artıq keçmişdə fəaliyyət planı hazırlamısınızsa) seçə bilərsiniz.

Razılaşmanı İmzalayanlar tərəfindən artıq təqdim olunan müxtəlif fəaliyyət planlarını nəzərdən kecirə bilərsiniz-sizin ilhamınız üçün SEAP-in önəmli qeydləri müvafiq İmzalayanın profilinin altında mövcuddur! Siz həmçinin digər İmzalayanlar / dəstək strukturları icra edilən uğurlu və təkrarlana bilən bəzi tədbirlərə konkret misallar tapa bilərsiniz- sizin sahədə nümunələr tapmaq üçün dəstək xidmətinə müraciət edin!

DEFP (SEAP) inkişafı / həyata keçirilməsi üçün mövcud olan metodologiyalar və alətlərə ümumi baxış və Sazişi İmzalayanlar üçün təmin edən, Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış hesabatı görmək üçün buraya klikləyin.

Suallar?

Dayanıqlı Enerji üzrə Fəaliyyət Planı (DEFP-SEAP)

  1. DEFP - SEAP nədir?
  2. DEFP əhatə dairəsi nədir?
  3. DEFP-da hansı fəaliyyət sahələri/ sektorları nəzərdə tutulub?

Mükəmməllik Dərəcəsi

  1. [Mükəmməllik Dərəcəsi nədir?>/FAQ.html?id_faq=41]
  2. Mükəmməllik Dərəcəsi necə təqdim olunmalıdır?
Twitter
Sizin mobil telefon
ilə mübadilə üçün
Facebook
-Razılaşma səhifəsinin
azarkeşi olmaq üçün
Newsletter
Məlumat bülteni
- aylıq xəbərlərə abunə olmaq üçün
Rss yayınları
Real zamanda
xəbər almaq üçün
Avropa Komissiyasının Inkişaf  siyasi dəstəyi ilə Avropa Komissiyasının Inkişaf siyasi dəstəyi ilə. Veb səhifə Merlərin Razılaşma ofisləri tərəfindən əlaqələndirilir.
Xəbərlər | Gündəlik | Saytın xəritəsi | Rss kömək | kreditlər | Hüquqi